Klyuvert İndoneziya millisindən qovuldu
Niderlandlı mütəxəssis Patrik Klyuvert İndoneziya millisinin baş məşqçisi vəzifəsini tərk edib.
90plus.az xəbər verir ki, bu barədə məlumatı İndoneziya Futbol Assosiasiyası yayıb.
Məlumata görə, ayrılıq qərarı tərəflərin qarşılıqlı razılığı əsasında verilib.
Xatırlatma: Patrik Klyuvert 2025-ci ilin fevral ayından İndoneziya yığmasına rəhbərlik edirdi. Komanda son matçında DÇ-2026-nın seçmə mərhələsində İraqa 0:1 hesabı ilə uduzaraq mundiala vəsiqə qazanmaq imkanını əldən verib.
© Copyright 2026, All Rights Reserved