"Komandamla fəxr edirəm" Montella
Avro-2024-ün 1/8 final mərhələsində Avstriya-Türkiyə komandaları arasında keçirilən matçda Türkiyə 2:1 hesabı ilə Avstriyaya qalib gələrək 1/4 finala yüksəlib.
90plus.az xəbər verir ki, Türkiyənin qələbəsindən sonra baş məşqçi Montella açıqlama verib. O, açıqlamasında “Bəzən 5 nəfərlik müdafiə ilə oynayırıq, orta sahədə dəyişən oyunçularımız olur. Avstriyanı dayandırmaq üçün edilən bir seçim idi, topa hakim olmaq üçün. Biz ötürmə xətlərini kəsmək üçün əlavə müdafiəçidən istifadə etdik. Bununla da topa nəzarət edə bildik. Komandamla fəxr edirəm. Meydanda ciddi bir komanda ruhu göstərildi. Bununla qürur duyuram. Bu ruhu meydanda görmək istisnasız əla bir şeydir... Çox tez qol vurduq. Avstriya bu turnirdə ən çox qol vuran və ən az qol buraxan komandalardan biridir amma biz iki qol vurduq. Bu gün Türk ürəyini meydanda gördük. Mənim də bu ölkəylə bağlı sevdiyim şey budur” - deyə bildirib.
© Copyright 2026, All Rights Reserved