Komandanın göz bəbəyi Antoni göz yaşlarına qərq oldu
Antoninin Konfrans Liqası finalından sonra göz yaşları: "Betis'də özümü tapdım".
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının finalında "Çelsi"yə 1:4 hesabı ilə məğlub olan "Real Betis"in braziliyalı futbolçusu Antoni oyundan sonra göz yaşlarına boğuldu. "Mançester Yunayted"dən icarə əsasında "Betis"ə qoşulan Antoni oyunun sonunda keçmiş komanda yoldaşı Ceydon Sanço tərəfindən təsəlli edildi.
25 yaşlı braziliyalı vinger "Betis"də 26 oyunda 9 qol vuraraq azarkeşlərin sevimlisinə çevrilib. Final matçında isə o, emosional anlar yaşadı və "Çelsi"nin futbolçusu Enzo Fernandes ilə yaşadığı insident nəticəsində sarı vərəqə aldı.
Antoni "Betis"dəki həyatından məmnun olduğunu və burada özünü tapdığını bildirib:
"Mançesterdə çətin anlarım oldu, amma burada özümü tapdım. Hər gün gülümsəyərək oyanıram və bu, mənim üçün çox önəmlidir."
"Real Betis"in vitse-prezidenti Lopez Katalan da Antoninin komandada qalmasını istədiklərini və onun xoşbəxtliyinin klub üçün önəmli olduğunu vurğulayıb.
Lakin, "Mançester Yunayted" onun transferində güzəştə getmək istəmir və həftəlik 200,000 funt sterlinq maaşının bir hissəsini ödəməyə davam edir. Bu səbəbdən, "Betis"in Antonini daimi transfer etməsi çətin görünür.
📰: The Sun; ESPN; Cadena SER
© Copyright 2026, All Rights Reserved