Konfrans Liqası: “Başakşəhər” 3-cü təsnifatda!
İstanbulun “Başakşəhər” klubu darmadağınla mərhələ adladı – Növbəti rəqib Norveç klubu olacaq.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasında mübarizə aparan Türkiyə təmsilçisi “Başakşəhər” turnirin 2-ci təsnifat mərhələsinin cavab oyununda inamlı qələbə qazanıb. İstanbul təmsilçisi evdə Bolqarıstanın “Çerno More” klubunu 4:0 hesabı ilə məğlub edərək 3-cü mərhələyə vəsiqə qazanıb.
İlk görüşdə də səfərdə 1:0 hesabı ilə qalib gələn “Başakşəhər” iki oyunun nəticəsinə əsasən 5:0-lıq ümumi hesabla növbəti raunda yüksəlib:
Başakşəhər 4-0 Çerno More
Ümumi hesab: 5:0
Brniç 17’
Krespo 31’
N. da Koşta 36’
Operi 80'
Bu nəticə ilə Türkiyə təmsilçisi UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Norveçin “Vikinq” klubu ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved