Konfrans Liqası: “Başakşəhər” qalib gəldi
İstanbul klubu "Başakşəhər" Konfrans Liqası macərasına qələbə ilə başladı.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bolqarıstan təmsilçisi “Çerno More”nin qonağı olan “Başakşəhər” səfərdən 1:0 hesablı qələbə ilə ayrılıb.
Oyunun ilk hissəsində hesab açılmayıb:
Çerno More Varna 0-1 Başakşəhər
Ömer Ali 51'
Çağdaş Atanın rəhbərlik etdiyi komanda bu nəticə ilə həm İstanbuldakı cavab oyunu öncəsi üstünlük əldə edib, həm də əlavə motivasiya qazanıb.
Cavab görüşü iyulun 31-i saat 20:45-də keçiriləcək.
© Copyright 2026, All Rights Reserved