Konfrans Liqası: “Beşiktaş” darmadağın etdi
“Beşiktaş” İrlandiyada inamlı qələbə qazandı.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Beşiktaş” səfərdə “Sent Patriks” üzərində böyükhesablı qələbə əldə edib – 4:1.
Matçın taleyi demək olar ki, ilk hissədə həll olunub. 8-ci dəqiqədə Mario hesabı açıb, ardından 14, 24 və 45+3-cü dəqiqələrdə Temmi Abraham het-trik edərək komandasını fasiləyə böyük üstünlüklə yollayıb. Meydan sahiblərinin yeganə qolunu 49-cu dəqiqədə Pover vurub.
Qarşılaşmadan sonra “Beşiktaş” pley-off mərhələsinə vəsiqə uğrunda Lozanna – Astana cütünün qalibi ilə görüşəcək. İlk oyunda İsveçrə təmsilçisi “Lozanna” öz meydanında qazaxıstanlı rəqibini 3:1 hesabı ilə məğlub edərək üstünlük qazanıb.
Cavab qarşılaşması avqustun 14-də, İstanbulda baş tutacaq.
UEFA Konfrans Liqası, III təsnifat mərhələsi – ilk oyun
Sent Patriks 1 – 4 Beşiktaş
Mario 8'
Abraham 14' 24' 45+3'
Pover 49'
Qollar:
https://t.me/doxsanplus/105946
https://t.me/doxsanplus/105947
https://t.me/doxsanplus/105952
© Copyright 2026, All Rights Reserved