Konfrans Liqası: Bizim klubların matçlarına hakimlər təyin olunub
Azərbaycan klublarının Konfrans Liqası oyunlarına təyinatlar: UEFA hakimləri açıqladı.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” və “Sabah” komandalarının oyunlarını idarə edəcək hakimlərin adları müəyyənləşib. UEFA hər iki təmsilçimizin qarşılaşmalarına FİFA referilərini təyin edib.
“Araz-Naxçıvan” – “Omoniya” (Kipr) arasında avqustun 7-də Bakıda baş tutacaq ilk oyunu Çexiyadan olan FIFA referisi Ondrey Berka idarə edəcək. Cavab görüşündə – avqustun 14-də Nikosiyada keçiriləcək matçda isə ədaləti Danimarka təmsilçisi Yakob Kehlet qoruyacaq.
“Sabah”ın “Levski” (Sofiya) ilə avqustun 7-də Bolqarıstanda oynayacağı ilk matçın baş hakimi Xorvatiyadan olan Duye Strukan olacaq. Avqustun 14-də Bakıda keçiriləcək cavab qarşılaşmasında isə ukraynalı FIFA referisi Mikola Balakin fit çalacaq.
© Copyright 2026, All Rights Reserved