Konfrans Liqası, Final: Müəllim-tələbə qarşı-qarşıya
"Real Betis" və "Çelsi"nin baş məşqçiləri bir zamanlar eyni komandada çalışıblar
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının finalında üz-üzə gələcək "Real Betis" və "Çelsi" komandalarının baş məşqçiləri Manuel Pelleqrini və Enzo Mareska əvvəllər "Vest Hem Yunayted" klubunda birlikdə çalışıblar.
"Real Betis"in baş məşqçisi Manuel Pelleqrini 2018–2019-cu illər aralığında "Vest Hem Yunayted"i çalışdırdığı dövrdə Enzo Mareska onun köməkçi məşqçisi vəzifəsində çıxış edib. Hazırda "Çelsi"yə rəhbərlik edən Enzo Mareska futbolçu karyerası dövründə də Pelleqrininin rəhbərliyi altında çıxış edib – o, çilili mütəxəssis "Malaqa"nı çalışdırarkən İspaniya klubunun heyətində oynayıb.
Qeyd: Final oyunu Polşanın Vroslav şəhərində 28 may çərşənbə günü, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. "Çelsi" bu görüşdə tarixində 9-cu Avropa kubokunu qazanmağa çalışacaq, "Real Betis" isə ilk dəfə Avropa çempionu olmaq uğrunda mübarizə aparacaq.
© Copyright 2026, All Rights Reserved