Konfrans Liqası: İsko nömrə 1 oldu!
İsko Konfrans Liqasının Ən Yaxşı Oyunçusu seçildi.
90plus.az xəbər verir ki, UEFA 2024/25 mövsümünün Konfrans Liqasında "Ən Yaxşı Oyunçu" mükafatını "Real Betis"in yarımmüdafiəçisi İskoya təqdim edib. "Betis"in finalda "Çelsi"yə 1:4 hesabı ilə məğlub olmasına baxmayaraq, 32 yaşlı futbolçunun turnirdəki təsirli performansı buna səbəb olub.
33 yaşlı ispan yarımmüdafiəçi Konfrans Liqasında 9 oyuna 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Final matçında isə Abde Əzzalzoulunun erkən qoluna assist edərək komandasını önə çıxarmışdı.
Bu mövsüm İsko həmçinin La Liqada da parlaq çıxış edərək "Betis"in bombardiri olub. Onun bu performansı UEFA tərəfindən də yüksək qiymətləndirilib.
Qeyd: İsko həmçinin UEFA tərəfindən turnirin "Ən Yaxşı 11-liyi"nə də daxil edilib.
© Copyright 2026, All Rights Reserved