Konfrans Liqasının püşkü atıldı: "Çelsi"dən Danimarkaya səfər
UEFA Konfrans Liqasında püşkatma baş tutdu.
90plus.az xəbər verir ki, 1/8 final mərhələsində cütlərin müəyyənləşməsi ilə yanaşı, mümkün dörddəbir final və yarımfinal qarşılaşmaları da bəlli oldu.
İsveçrənin Nyon şəhərində yerləşən UEFA Baş Qərargahında keçirilən püşkatmanın nəticələri aşağıdakı kimi olub:
"Yagelloniya" - "Serkl Bryuj"
"Molde" - "Legiya Varşava"
"Selye" - "Luqano"
"Pafos" - "Yurqorden"
"Panatinaikos" - "Fiorentina"
"Boraç Banya" - "Rapid Vyana"
"Real Betis" - "Vitoriya Gimaraeş"
"Kopenhagen" - "Çelsi"
Oyunlar nə zaman keçiriləcək?
Konfrans Liqasında son 16 turunun oyunları 6-13 mart tarixlərində oynanacaq.
Turnirə davam edən komandalar 10-17 aprel tarixlərində dörddəbir final görüşlərinə çıxacaqlar.
Yarımfinal qarşılaşmaları isə 1-8 may tarixlərində baş tutacaq.
Konfrans Liqasının finalı 28 mayda Polşada keçiriləcək. Qarşılaşma 45 min tamaşaçı tutumuna malik "Vroklav Stadionu"nda oynanacaq.
© Copyright 2026, All Rights Reserved