Koul Palmer Trampla dialoqunu bölüşüb
Koul Palmer, nəhayət ki, onunla ABŞ prezidenti Donald Tramp arasında baş tutan söhbət barədə açıqlama verib.
90plus.az xəbər verir ki, Tramp Klubların Dünya Çempionatının finalında PSJ üzərində qələbədən sonra kuboku “Çelsi”yə təqdim etmişdi. Mükafatlandırma mərasimində prezident Palmerə xüsusi sözlər demişdi.
Palmer indi həmin anı belə xatırlayır:
“O mənə mükafatı təqdim edəndə dedi ki, oğlu mənim ən böyük azarkeşimdir. Mən nə dediyimi xatırlamıram. Deyəsən sadəcə ‘Təşəkkür edirəm’ demişdim.”
Turnirin ən yaxşı oyunçusu seçilən Palmerin dünyanın dörd bir yanında azarkeşləri var – görünür, onlardan biri də Trampın 19 yaşlı oğlu, yəqin ki, Barron Trampdır.
© Copyright 2026, All Rights Reserved