“Kəpəz” kapitanı ilə yenidən anlaşdı
“Kəpəz” kapitanını komandada saxladı.
90plus.az xəbər verir ki, yeni mövsümün heyət planlamasını davam etdirən “Kəpəz” əsas futbolçularından biri ilə bağlı qərarını verib.
Gəncə klubu komandanın kapitanı Əli Səmədovla müqavilənin müddətini artırıb. Klubun yaydığı məlumata görə, 28 yaşlı yarımmüdafiəçi ilə 2 illik yeni sözləşmə imzalanıb.
Beləliklə, son illərdə “Kəpəz”in aparıcı simalarından biri olan Səmədov qarşıdakı mövsümlərdə də sarı-göylərin uğurları üçün mübarizə aparacaq.
Azərbaycanlı futbolçu başa çatan mövsümdə komandanın heyətində 19 oyunda meydana çıxıb.
Qeyd: “Kəpəz” bundan əvvəl Dioqo Verdaska və Rəhman Hacıyevlə də müqavilələri yeniləmişdi. Klubun yaxın günlərdə digər futbolçularla bağlı da qərarlarını açıqlayacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved