Kubarsi İspaniya millisindən ayrıldı
18 yaşlı müdafiəçi Pau Kubarsi İspaniya milli komandasının düşərgəsindən ayrılıb.
90plus.az xəbər verir ki, gənc oyunçunun Niderlanda qarşı oyunda (2:2) topuğu burxulmuş və sıradan çıxmışdı.
"Barselona" futbolçunu geri çağırıb. Kubarsini millidə "Lazio"dan Mario Gila əvəzləyəcək.
Qeyd: İspaniya millisi martın 23-də Millətlər Liqasının 1/4 finalında Niderlandla həlledici cavab oyununa çıxacaq.
© Copyright 2026, All Rights Reserved