Kumanın qələbə sözləri
Niderland millisinin baş məşqçisi Ronald Kuman Avro-2024-ün 1-ci turunda Polşa ilə (2-1) matçı şərh edib.
90plus.az xəbər verir ki, o, mətbuat konfransında bunları deyib:
“Bir saat ərzində çox yaxşı oynadıq. Çoxlu imkanlar yaratdıq və futbol baxımından əla saat oldu. Fasiləyə qədər hesab 3:1 və ya 4:1 olmalı idi. Çoxlu imkanlarımız oldu. Çətin, ancaq layiqli qələbə idi. Çox çalışmalı idik. Bu qələbə Fransa ilə oyundan əvvəl bizə yaxşı əhval-ruhiyyə və rahatlıq verir”.
Qeyd: Niderland millisi iyunun 21-də 2-ci turun oyununda Fransa ilə qarşılaşacaq.
Niderland millisinin baş məşqçisi Ronald Kuman Yoahim Lövün yolundan gedir. VİDEO
https://t.me/doxsanplus/84364
© Copyright 2026, All Rights Reserved