Kurtua Donnarumanın tərəfini tutdu: "Onda günah yoxdur"
Tibo Kurtua həmkarı Cianluicu Donnarummanı Camal Musialanın ciddi zədələnməsində günahkar saymır.
90plus.az xəbər verir ki, dünən baş tutan PSJ - "Bayern" oyununda zədələnən Musiala və epizodun digər iştirakçısı Cianluici Donnaruma haqqında fikirlər səngimək bilmir. Bu dəfə Kurtua öz fikrini səsləndirib:
”Məncə, Donnarummanı Musialanın ciddi zədə almasında günahlandırmaq çox ağırdır. Qapıçıların işi topa tərəf getməkdir. Rəqib futbolçular da bəzən özlərini saxlaya bilməyib bizimlə toqquşurlar.
Musiala üçün bəxtsiz epizod idi. Donnarumma çox məyusdur, amma o, günahkar deyil”.
Qeyd: Bundan əvvəl mikrofonlar qarşısına çıxan Manuel Noyer həmkarı Donnarumanı sərt şəkildə tənqid etmişdi.
Həmin xəbəri buradan oxuya bilərsiniz:
© Copyright 2026, All Rights Reserved