La Liqa klubu 24 saat içində 2 matç oynamalıdır
”Osasuna” hazırda 24 saat ərzində iki La Liqa matçına çıxmalı olacaq!
90plus.az xəbər verir ki, ”Barselona” ilə oyun əvvəlcə 8 mart tarixinə təyin olunmuşdu, lakin “Barça”nın əsas komanda həkimi Karles Minyarro Qarsianın vəfatı səbəbindən təxirə salındı.
İndi isə “Osasuna” qısa müddət ərzində həm “Barselona”, həm də “Atletik Klub” ilə qarşılaşmalıdır.
Qeyd: 20 klubluq turnir cədvəlində "Osasuna"nın mövqeyi 14-dür.
© Copyright 2026, All Rights Reserved