La Liqada ayın futbolçusu - Mbappeni qabaqladılar
İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu bəlli olub.
90plus.az xəbər verir ki, "Betis"in 32 yaşlı yarımmüdafiəçisi İsko bu ada layiq görülüb.
Təcrübəli futbolçu mükafat uğrunda Kilian Mbappe ("Real Madrid"), Pedro Dias ("Rayo Valyekano"), Umar Sadiq ("Valensiya") və Markos Alonsonu ("Selta") geridə qoyub. Bu, İskonun 2024/25 mövsümündə qazandığı ilk belə mükafatdır.
Mart ayında üç qarşılaşmada iştirak edən İsko, iki dəfə rəqib qapısına yol tapıb və iki məhsuldar ötürmə edib.
Qeyd: İsko cari mövsümdə "Betis"in heyətində ümumilikdə 19 oyunda meydana çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə verib.
© Copyright 2026, All Rights Reserved