Laporta: "Baş verən hadisəyə görə çox üzüntülüyük"
"Barselona" prezidenti Xoan Laporta mediyaya müsahibə verib: "Əvvəlcə hər kəsi salamlayıram. İştirakınız üçün təşəkkür edirəm. Marcos Alonso'nun vəfatı ilə əlaqədar sizlərdən onun xatirəsini sükutla yad etməyi xahiş edirəm. Biz çox məyusuq, çünki ona çox hörmətimiz var idi. Burada mövsümün ortasına olan vəziyyəti izah etmək üçün gəlmişəm. Biz düzgün qərarlar verdiyimiz və klubu doğru istiqamətə yönəltdiyimiz üçün qürur duyuruq. İspaniya Superkubokunu qazandıq və digər hər titul uğrunda mübarizə aparacağıq. Bizim əsas üstünlük verdiyimiz La Liga'dır. Əsas favorit sayılırıq, lakin sonadək ciddi çalışmalıyıq. Komandada yaxşı atmosfer var. Müdafiə cəhətdən də inkişaf edirik və mövsüm ərzində liqada sadəcə 7 qol buraxmışıq. Xavi'yə gördüyü əla işlərə görə təşəkkür etmək istəyirəm. O, Barcelona'nı əla tanıyır, pozitiv biridir və hər zaman həll yolları axtarmağa çalışır. Rəhbərlik olaraq onunla çalışdığımız üçün şadıq. Klubun maddi vəziyyətindən danışmaq istəyirəm. Klubu iflasdan xilas etdik, qərarlar qəbul edərək, klubu nəzarətə aldıq. Lakin yenə də oyunçuları qeydiyyata almaqda problemlər yaşayırıq. Çünki biz La Liga'nın maaş limitini keçmişik. Limiti belə 300-350 milyon avronu keçən maaş büdcəsi ilə klubu təhvil aldıq, bunu 100 milyon avro azaltdıq və yayda daha 70 milyon avro azaltmağı planlamışıq. Camp Nou stadionundan kənarda olacağımız hər mövsüm üçün 93 milyon avro zərər gözlənilir. Camp Nou'da işlər 10 il əvvəl başlamalı idi. Nəhayət Goldman Sanchs və LİMAK şirkətləri ilə birlikdə yenidənqurma işlərinə başlaya biləcəyik. Yenilənmiş stadion hazır olduqdan sonra isə biz yenidən elit klub olaraq mübarizə apara biləcəyik. Leo Messi'nin qardaşının sözləri? Biz Leo Messi'nin illərlə bizim futbolçumuz olmasından xoşbəxtik. Lakin Leo Messi haqqında danışmaq istəmirəm, çünki o, PSG futbolçusudur və mən bizim klubda olmayanlar barədə danışmaq istəmirəm. Onun qardaşı isə mənim vecimə deyil, çünki o, artıq dediklərinə görə üzr istəyib. Ansu Fati'nin nümayəndələri son günlərdə burada olublar. Lakin Ansu bir Barcelona futbolçusudur və bizim onunla bağlı ümidlərimiz var. O, dəyərli futbolçudur və yüksək ümidləri olan biridir. Sergio Busquets? Hazırda biz liqanı qazanmağa fikrimizi yönəltmişik. Sergio bizim üçün fundamental oyunçudur və o olmadan eyni oyun dinamikasını saxlamağımız çətin olar. O, danışıqlara hazır olduğu halda, biz də hazır olacağıq. Manchester City klubu? Onların vəziyyətinin nə olduğunu bilmirəm, lakin onların mövcud problemlərdən müsbət halda çıxmasını istəyirəm."