Levandovski millidə 86-cı qolunu vurdu - 6-cı yerə yüksəldi
Robert Levandovski Polşa millisindəki qol sayını 86-ya çatdırıb.
90plus.az xəbər verir ki, 37 yaşlı forvard hazırda davam edən 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Polşa – Finlandiya (2:0, ikinci hissə) oyununda fərqlənərək bu göstəriciyə imza atıb.
Bu qolla Levandovski milli komandalar səviyyəsində bütün zamanların ən çox qol vuran oyunçuları arasında 7-ci pilləyə yüksəlib və BƏƏ-li hücumçu Ali Mabhutu geridə qoyub.
Hazırda siyahının ilk altı pilləsində bu futbolçular yer alır:
Kriştiano Ronaldo (Portuqaliya) – 140 qol
Lionel Messi (Argentina) – 114 qol
Ali Daei (İran) – 108 qol
Sunil Çhetri (Hindistan) – 95 qol
Romelu Lukaku (Belçika) – 89 qol
Mohtar Dahari (Malayziya) – 89 qol
© Copyright 2026, All Rights Reserved