"Levski"nin baş məşqçisi: "Qələbə qazanmaq istəyirik"
"İlk oyunda son dəqiqələrdə vurduğumuz qolla qələbə qazandıq, lakin bu nəticə cavab qarşılaşmasına arxayın çıxmağımız üçün əsas verməməlidir".
90plus.az xəbər verir ki, bu fikirləri Bolqarıstanın "Levski" klubunun baş məşqçisi Xulio Velaskes "Sabah"la UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda keçiriləcək cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında bunları deyib:
"Yaxşı nəticə seriyamızı davam etdirmək niyyətindəyik. “Sabah” komandasında müxtəlif mövqelərdə səviyyəli oyunçular var. Qarşılaşmanın çətin olacağını bilirik, amma məqsədimiz turnirdəki yolumuza davam etməkdir. Əvvəlki oyunları unudub bu matça fokuslanmalıyıq. İlk qarşılaşmada da əsas hədəfimiz müdafiə yox, hücum idi. Topa nəzarət edərək irəli oynamaq istəyirik. Yalnız müdafiə ilə kifayətlənmək fikrində deyilik. Düşünürəm ki, bu dəfə daha tempolu bir oyun izləyəcəyik."
Avrokuboklarda davam etmək istəyi:
"Oyuna ciddi şəkildə hazırlaşmışıq və qələbə əldə etmək niyyətindəyik."
Penalti seriyasına hazırlıq:
"Artıq I və II təsnifat mərhələsində – “Hapoel Beer-Şeva” və “Braqa” ilə qarşılaşmalarda belə vəziyyətlə üzləşmişik. Lakin istəyirik ki, nəticəni əsas vaxtda həll edək."
Zədəli Georgi Konstaninovun durumu barəsində
"Son məşqlərdə yaxşı təsir bağışladı. Oyun günü vəziyyətə uyğun olaraq meydana çıxması mümkündür."
© Copyright 2026, All Rights Reserved