Əli Məmmədov dünya çempionu olub
Azərbaycanın MMA döyüşçüsü Əli Məmmədov İndoneziyanın Bali şəhərində dünya çempionu olub!
90plus.az xəbər verir ki, 16 yaşadək MMA döyüşçüləri arasında mübarizə aparan Əli 58 kq çəkidə 1/4 finalda Çexiya idmançısı Oliver Traqan, yarımfinalda Ukrayna döyüşçüsü Yaşeslav Atlasova qalib gəlib. O, həlledici görüşdə neytral statuslu rusiyalı Maksim Dujakla qarşılaşıb.
Əli uğurlu bu çətin rəqibini də məğlub edib və qızıl medala yiyələnib.
Digər döyüşçümüz Şamil Şərifzadə isə gənclərin 79 kq çəkidəki mübarizəsində fərqlənib. O, yalnız finalda uduzaraq gümüş mükafat qazanıb.
Qeyd: Azərbaycan millisi yarışa ümumilikdə 6 idmançı ilə qatılıb.
© Copyright 2026, All Rights Reserved