Lionel Messidən dubl və 400-cü assist - Gecəyə damğa vurdu
Amerika MLS Liqasının kubok matçının birinci mərhələsində “İnter Mayami” ilə “Neşvill” üz-üzə gəlib. “İnter Mayami” evdə keçirilən qarşılaşmada 4:0 hesabı ilə inamlı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
90plus.az xəbər verir ki, Lionel Messi görüşdə parlaq çıxışı ilə seçilib. Ulduz futbolçu 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu nəticə ilə “İnter Mayami” tarixində ilk dəfə pley-off mərhələsində növbəti tura vəsiqə qazanıb.
Messi həm də futbol tarixində 400 məhsuldar ötürmə edən ilk oyunçu kimi yeni rekorda imza atıb. “İnter Mayami” azarkeşləri argentinalı superulduzun bu çıxışını ayaqüstə alqışlayıblar.
İCMAL | İnter Mayami 4⃣➖0⃣ Nashville
https://t.me/doxsanplus/110442
Messinin qol və assistləri "İnter Mayami"nin Konfrans yarımfinalına daşıyıb.
© Copyright 2026, All Rights Reserved