Liqa 1: Klub rəhbərinə ağır cəza!
Etikaya xələl gətirən, futbolun imicini korlayan təhqiramiz ifadə və davranışlara yol vermə səbəbilə Fransada "Marsel" klubunun prezidenti Pablo Lonqoriya 15 oyun cəza alıb.
90plus.az xəbər verir ki, Fransa Liqa 1-də "Oser"lə matçda (0:3) qırmızı vərəqə alan "Marsel"in futbolçusu Derek Kornelius meydandan qovulduqdan sonra prezident baş hakim Ceremi Stinata "korrupsiya, tam bir korrupsiya" deyə bağırıb.
Ona görə də, klub rəhbəri Fransa çempionatının bu mövsümündə qalan bütün oyunları buraxmalı olacaq. Üstəgəl, gələn mövsümdə də bəzi matçlarda iştirak edə bilməyəcək.
Qeyd: "Marsel" Fransa çempionatında ikinci yerdə gedir...
© Copyright 2026, All Rights Reserved