“Liverpul” uğursuzluqlara görə toplantı keçirəcək
“Liverpul” rəhbərliyi komandanın hazırkı durumu və baş məşqçi Arne Slotun gələcəyini müzakirə etmək üçün yaxın günlərdə xüsusi toplantı keçirəcək.
90plus.az xəbər verir ki, klub idarəçilərinin Slota ən azı yanvar ayına qədər vaxt vermək niyyətində olduğu bildirilir. Lakin məlumata görə, görüşdən baş məşqçinin istefası da daxil olmaqla, radikal qərarların çıxması istisna edilmir.
“Qırmızılar”ın son nəticələri rəhbərliyin narahatlığını artırıb. Komanda Çempionlar Liqasının Liqa mərhələsində Enfildə PSV-yə 1:4 hesabıyla uduzub. Bundan əvvəl Premyer Liqada “Mançester Siti” və “Nottingem Forest”lə oyunlarda da 0:3 hesablı məğlubiyyət qeydə alınmışdı.
ℹ️: indykaila
© Copyright 2026, All Rights Reserved