“Liverpul” yay üçün 250 milyon ayırıb
Premyer Liqanın lideri "Liverpul" yay transfer pəncərəsi üçün büdcəni 250 milyon avro müəyyənləşdirib.
90plus.az xəbər verir ki, İngiltərə nəhənginin siyahısında olan oyunçular:
Xulian Alvarez: Hücumçu, 25 yaş, Argentina millisi, "Atletiko Madrid" İspaniya klubu;
Xavi Simons: yarımmüdafiəçi, 21 yaş, Niderland millisi, "Leypsiq" Almaniya klubu;
Alessandro Bastoni: Müdafiəçi, 25 yaş, İtaliya millisi, "İnter" (icarə ilə: "Atalanta") İtaliya klubu.
📰: Fichajes
Qeyd: "Liverpul" klubu bu mövsüm Arne Slotla yalnız Premyer Liqada uğurludur ( 2-ci yerlə 12 xallıq fərq yaradan lider). Qalan turnirlərdə uduzaraq mübarizəni dayandırıb.
"Qırmızılar" üç turnirdə uğursuzluq yaşadı:
İngiltərə Liqa Kuboku (finalda məğlub oldular);
İngiltərə Kuboku (1/16 finalda məğlub oldular);
UEFA Çempionlar Liqası (1/8 finalda məğlub oldular).
© Copyright 2026, All Rights Reserved