"Liverpul"u gözləyən 164 milyon avroluq təhlükə
Avropa futbolunda mövsümün sonuna doğru bir çox komanda bu ilin sonunda müqaviləsi bitəcək futbolçuları ilə yeni müqavilə imzalamağı hələ tamamlamayıb. Hamısı üst-üstə düşəndə isə maliyyə feyr pley qaydaları işə düşür bə problem yaranır.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında çempionluğa doğru irəliləyən "Liverpul" mövsümün sonunda müqavilələri bitəcək oyunçularının bazar dəyəri ən yüksək olan komandadır.
Bu günə qədər "Liverpul"un müqaviləsi bitəcək futbolçularının toplam dəyəri 164 milyon avroya yaxınlaşır. Bu siyahıda Trent Aleksandr-Arnold, Mohamed Salah və Virgil Van Dayk kimi ulduz futbolçuların da adları yer alır. Bu, klub üçün böyük bir risk yaradır, çünki bu oyunçuların müqavilə müddətinin sona çatması transfer bazarında ciddi maraq doğura bilər və onların başqa klublara keçməsinə səbəb ola bilər.
"Liverpul"u izləyən ən yaxın rəqibləri isə "Lill" (76 milyon avro) və "Bayern Münhen" (60 milyon avro)dir. "Lill"də Conatan David və Anxel Qomeş kimi futbolçuların müqavilələri bitəcək, "Bayern Münhen"də isə Leroy Sane, Erik Dayer və Tomas Müller kimi önəmli oyunçuların müqavilələri sona çatacaq.
Bu vəziyyət "Liverpul" üçün ciddi bir təhlükə yaradır, çünki komanda mövsümün sonunda bu ulduz futbolçularla müqavilə yeniləməkdə çətinlik çəkə bilər.
© Copyright 2026, All Rights Reserved