Luis Enrike: “Sadəcə ayırmaq istəyirdim”
Luis Enrike: “Məğlub deyiləm, vitse-çempionam” – PSJ baş məşqçisindən final sonrası açıqlama belə olub.
90plus.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike “Çelsi”yə 0:3 hesablı məğlubiyyətlə başa çatan Klubların Dünya Çempionatının finalından sonra yaşanan qalmaqallı hadisələrə aydınlıq gətirib.
İspaniyalı mütəxəssis “Marca”ya verdiyi açıqlamada məğlubiyyəti dramatik qarşılamaq əvəzinə, komandasının nailiyyətlərini önə çəkib:
“Məğlub deyiləm, vitse-çempionam. Top səviyyəli futbolda uğursuz yoxdur – uğursuz yatağından qalxa bilməyəndir.”
Enrike oyundan sonra baş verən fiziki qarşıdurmalara da toxunub və öz hərəkətini səhv adlandırıb:
“Oyundan sonra gərginlik yaşandı, hamı bir-birini itələyirdi. Mən isə sadəcə ayırmaq istəyirdim. Axmaqlıq etdim. Joao Pedro məni itələdi, mən də cavab verdim və o yıxıldı. Bu, yaxşı qərar deyildi.”
Qeyd: PSJ Klubların Dünya Çempionatının finalında “Çelsi”yə 0:3 hesabı ilə uduzaraq turnirin gümüş medalçısı olub. Matçın ardından futbolçular və texniki heyət arasında gərgin anlar yaşanmışdı.
© Copyright 2026, All Rights Reserved