"Mançester Yunayted"dən ayrılacaq ilk futbolçu bəllidir
"Mançester Yunayted"i bu yay tərk edəcək futbolçunun kimliyi müəyyənləşib.
90plus.az xəbər verir ki, yay aylarında müqaviləsi başa çatan danimarkalı yarımmüdafiəçi Kristian Eriksenlə klub yollarını ayıracaq.
Qeyd: 2022-ci ildən "Mançester Yunayted"də oynayan 33 yaşlı futbolçu cari mövsümdə 27 matçda iştirak edərək 4 qol vurub və 4 qol ötürməsi edib.
© Copyright 2026, All Rights Reserved