Markus Reşford bərk tənqid olundu
Məşhur canlı yayımçı Lautaro del Kampodan Markus Raşforda sərt tənqid – “mentalitet və qərarvermə problemi var”.
90plus.az xəbər verir ki, idman yayımçısı hücumçu barədə kəskin fikirlər səsləndirib
O, futbolçunun keyfiyyətini qəbul etsə də, əsas problem kimi onun mentalitetini və qərarvermə qabiliyyətini göstərib:
“Mən Markus Raşfordun keyfiyyətini şübhə altına almıram. Amma onun mentaliteti və istəyi sual altındadır. Cərimə meydançasında fürsət gəlir, başını qaldırıb düzgün qərar verməlidir. Amma nə edir? Başını aşağı salıb topu mərkəzə göndərir. Yaxşı da, Markus!”
“O, 17 yaşından bəri yüksək səviyyədə futbol oynayır. Bu cür matçlarda fərq yaratmalısan.”
“Düzünü desəm, Raşfordun keyfiyyəti var, buna şübhə yoxdur. Amma iki oyunun ümumi göstəricisində Lookman onu üstələdi. O bir fürsətdən istifadə edib qol vurdu, Raşford isə ilk oyunda 5 şansdan heç birini qola çevirə bilmədi.”
“Niyə böyük titullar qazana bilmirsən, Raşford? Niyə ‘Mançester Yunayted’də Premyer Liqa çempionluğun yoxdur? Çünki belə anlarda fərq yaratmalısan.”
Hazırda bu açıqlamaya Markus Raşford və ya “Mançester Yunayted” tərəfindən rəsmi cavab verilməyib.
© Copyright 2026, All Rights Reserved