Marselonun oğlu “Real”da dabanla assist etdi
"Real"ın unudulmaz adı Marselonun 15 yaşlı oğlu Enzo Alves “Real Madrid”in U-19 komandasında uğurlu debüt etdi.
90plus.az xəbər verir ki, Alves "Atletiko Madrid" ilə matçın son dəqiqələrində oyuna çıxıb.
O, Madrid derbisində meydana çıxdıqdan cəmi 5 dəqiqə sonra qələbə qoluna dabanı ilə assist etməklə yadda qalıb.
Enzonun bu parlaq çıxışı tribunaları coşdurub. Atası Marselo da qürurlu təbəssümlə izləyicilər arasında olub.
Matçda iştirak edən Karlo Ançelotti və onun komandası da Marselo ilə birgə sevinib.
© Copyright 2026, All Rights Reserved