Matçda azarkeşi döydülər!
AVRO 2024-ün 1/8 final mərhələsində Portuqaliya-Sloveniya oyununda hadisə baş verib.
90plus.az xəbər verir ki, "Frankfurt Arena"da keçirilən matç zamanı stüardlar azarkeşlərdən birini döyüblər. Hadisə ilə bağlı UEFA hələ açıqlama verməyib. İnsidentin hansı səbəbdən baş verdiyi məlum deyil.
Qeyd: Portuqaliya-Sloveniya matçında penaltilər seriyasında Portuqaliya 3-0 hesabı ilə Sloveniyaya qalib gələrək 1/4 finala yüksəlib.
Mənbə: Xarici KİV
© Copyright 2026, All Rights Reserved