Matteus: “Finalda Fransanı məğlub edəcəyik“
Lotar Matteus bu gün vətənində başlayacaq AVRO-2024-ün çempionu Almaniya millisinin olacağını söyləyib.
90plus.az xəbər verir ki, Almaniya futbolunun əfsanəsi yığmanın bu titula sahib çıxacağına əmin olduğunu bildirib: "Finalda Fransanı məğlub edəcəyik. Daha əvvəl oyunçu kimi sahib çıxdığım kuboku qazanacağımıza inanıram".
Qeyd: Almaniya - Şotlandiya arasında Avropa çempionatının açılış oyunu bu gün saat 23:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved