Mbappe millimizə qarşı oynayacaq? Avropa mediası yazdı...
90plus.az xəbər verir ki, "Real Madrid" rəhbərliyi yığmalara yollanan futbolçularının vəziyyətini yaxından izləyir. Son günlərdə zədə alan iki futbolçu — Kilian Mbappe və Din Höysen — klubda narahatlığa səbəb olub.
"Vilyarreal" ilə oyunda topuq burxulması yaşayan Kilian Mbappe zədəsinə baxmayaraq Fransa millisinin düşərgəsinə qoşulub. Lakin bazar ertəsi və çərşənbə axşamı keçirilən komanda məşqlərində iştirak etməyib.
Jurnalist Andres Onrubianın məlumatına görə, Mbappe çərşənbə günü məşqin ilk hissəsində komanda ilə birgə olub.
Fransa millisinin baş məşqçisi Didye Deşamın 10 oktyabrda keçiriləcək Azərbaycanla DÇ-2026 seçmə oyununda Mbappeyə risk etməyəcəyi bildirilib. Zədənin ciddi olmamasına baxmayaraq, heyətdə ehtiyatlı davranılması gözlənilir.
"Real Madrid" üçün isə bu xəbər sevindirici sayıla bilər. Klub "El Klasiko" öncəsi ulduz futbolçusunun tam sağalmasını və hər hansı geriyə dönüş riskindən qaçılmasını istəyir.
© Copyright 2026, All Rights Reserved