Mbappe Ronaldo ilə sayları bərabərləşdirdi
Kilian Mbappe Kristiano Ronaldonun "Real Madrid"də debüt sezonunda vurduğu qol sayına artıq çatıb.
90plus.az xəbər verir ki, dünən "Leqanes"lə oyunda 2 dəfə fərqlənən Kilian Mbappe qol sayını 33-ə çatdırdı. Bu da Ronaldonun debüt mövsümündə vurduğu qolların sayına bərabərdir -33 qol. Mbappe bu haqda danışdı:
"Mən Kristiano Ronaldo ilə tez-tez danışıram. O mənə çoxlu məsləhət verir.
Onun debüt sezonundakı qol sayına çatdığım üçün çox xoşbəxtəm. Amma ən əsas olan "Real Madrid" ilə daha çox titul qazanmaqdır”.
Qeyd: "Leqanes"lə oyunda "Real Madrid" 3-2 hesablı qələbə qazanıb.
© Copyright 2026, All Rights Reserved