Mbappe üçün yubiley matçı oldu
Millətlər Liqasının 1/4 final mərhələsində Xorvatiyaya qarşı cavab görüşü Fransa millisinin hücumçusu Kilian Mbappe üçün xüsusi əhəmiyyət daşıyıb.
90plus.az bildirir ki, ulduz futbolçu peşəkar karyerasında 500-cü oyununu keçirib.
Fransa yığması səfərdə 0:2 hesabı ilə məğlub olduğu Xorvatiyanı öz meydanında eyni hesabla üstələyib və nəticədə, penaltilər seriyasında qalib gələrək turnirin yarımfinalına yüksəlib.
26 yaşlı forvard bu görüşə kapitan sarğısı ilə çıxıb. Mbappe karyerası ərzində "Monako" forması ilə 60, PSJ-də 308, "Real Madrid"də 44 və Fransa millisində 88 oyuna çıxıb.
Kilian Mbappe 2017-ci ildən Fransa milli komandasının şərəfini qoruyur. Onun hesabında 48 qol var. O, 2018-ci ildə dünya çempionu adını qazanıb.
© Copyright 2026, All Rights Reserved