Memfis Depay Niderlandın bombardiri oldu
Litva ilə matçda dubl edən Niderland yığmasının hücumçusu Memfis Depay qollarının sayını 52-yə çatdırıb və millinin bombardiri olub.
90plus.az xəbər verir ki, Niderland yığması 2026 Dünya Çempionatının seçmə mərhələsində dördüncü oyununda Litvada 3:2 hesabı ilə qələbə qazandı.
İki dəfə fərqlənən Memfis Depay Niderland millisindəki 51-ci və 52-ci qollarını vurdu.
Keçmiş “Olimpik Lion” və “Barselona” hücumçusu bununla da Niderland yığmasının tarixində ən çox qol vuran futbolçuya çevrildi və 50 qolla zirvədə olan Robin van Persini geridə qoydu.
Millidəki ilk qolundan düz 11 il sonra Memfis artıq öz adını ölkəsinin futbol tarixinə əbədi olaraq yazdırdı.
© Copyright 2026, All Rights Reserved