Memfis Depayın pasportu oğurlandı, Kuman şokda!
Memfis Depayın pasportu oğurlanıb – Niderland millisində iştirakı sual altındadır.
90plus.az xəbər verir ki, Niderland millisinin hücumçusu Memfis Depayın yığmadakı fasilə dövrü gözlənilməz hadisə ilə yadda qalıb. “Korintians”ın hücumçusunun pasportu Braziliyada oğurlanıb və bu, onun Niderlanda səfər etməsinə mane olub.
Məlumata görə, 31 yaşlı futbolçu “Korintians”ın “Mirassol” üzərində qələbəsindən sonra yola düşməyə hazırlaşırmış, lakin hava limanına gedərkən sənədlərinin oğurlandığını Niderland Futbol Federasiyasına bildirib.
Federasiyadan verilən açıqlamada qeyd olunub ki, Depay hazırda “tezliklə səfər etmək üçün əlindən gələni edir”. Lakin onun qarşıdakı DÇ-2026-nın seçmə mərhələsində Malta və Finlandiyaya qarşı oyunlarda iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Niderland millisinin baş məşqçisi Ronald Kuman hadisəyə münasibət bildirib:
“Bu, həm Memfis, həm də bizim üçün təəssüf doğuran haldır. Onu start heyətində görməyi planlaşdırırdıq.”
Xatırlatma: Memfis Depay bu yaxınlarda Niderland millisində bütün zamanların ən yaxşı bombardiri adına sahib olub. Onun yoxluğu, xüsusilə də komandanın Polşa ilə birgə G qrupunun zirvəsində yer aldığı vəziyyətdə, ciddi itki hesab olunur.
© Copyright 2026, All Rights Reserved