Mendidən sonra “Real”da oyun fürsəti qazanardı, zədə aman vermədi
"Real Madrid" klubundan Fran Qarsiya zədələnib və növbəti oyuna çıxmaq ehtimalı aşağıdır.
90plus.az xəbər verir ki, 25 yaşlı ispan müdafiəçi "Real"ın "Vilyarreal" üzərində 2:1 qələbə qazandığı La Liqa matçının son dəqiqələrində zədələnib.
Qarsiya oyunu başa vura bilsə də, onun və "Real Madrid" üçün pis xəbər bu gün təsdiqləndi. Ferland Mendinin "Ateltiko" ilə Çempionlar Liqasındakı son oyununda zədəsindən sonra komandada yeganə mövcud sol cinah müdafiəçisi kimi onun oyun vaxtı qazanmağa əla fürsəti var idi.
Beləliklə, Fran Qarsiya da son illərdə tez-tez zədələnlər siyahısına qoşulur...
📰: Marca
© Copyright 2026, All Rights Reserved