Merih Demiral rekorda imza atdı!
AVRO 2024-ün 1/8 final mərhələsində Avstriya üzərində qələbə qazanan Türkiyə komandasının futbolçusu Merih Demiral matçda tarix yazıb.
90plus.az xəbər verir ki, oyunun 1-ci dəqiqəsində Avstriyanın qapısına qol vuran gənc oyunçu Avropa çempionatlarının pley-off mərhələlərində ən sürətli qolu vurub.
Həmçinin müdafiəçi Merih Demiral Türkiyə komandasının heyətində Avropa çempionatlarının pley-off oyunlarında dubl edən ilk futbolçu olub.
Qeyd: Türkiyə oyunda Avstriyanı 2-1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Mənbə: Xarici KİV
© Copyright 2026, All Rights Reserved