Messi: “Allah məni seçdi”
Messi: “Allah məni seçdi, mənə istedad bəxş etdi”.
90plus.az xəbər verir ki, Argentina millisinin kapitanı Lionel Messi karyerası boyunca qazandığı uğurlar və futbol fəlsəfəsi barədə danışıb.
Təcrübəli ulduz “Albiceleste Talk”a verdiyi müsahibədə istedadın ilahi bir hədiyyə olduğunu bildirib:
“Həmişə demişəm ki, Allah mənə istedad bəxş edib. O, məni seçib. Uşaqlıqdan belə olmuşam, amma karyeram boyunca bir çox şeyi qurban vermişəm. Peşəkar səviyyədə futbol oynamaq böyük fədakarlıq tələb edir. Mənim məqsədim isə həmişə bu olub. Tanrıya mənə bu böyük istedadı bəxş etdiyinə görə minnətdaram.”
Messi hazırda “İnter Mayami” klubunda çıxış edir və Argentina millisinin heyətində 2026-cı il dünya çempionatına hazırlıqlarını davam etdirir.
© Copyright 2026, All Rights Reserved