Messi Argentina millisi ilə bunu da bacardı
Argentina millisinin ulduz futbolçusu Lionel Messi karyerasında yeni bir uğura imza atıb.
90plus.az xəbər verir ki, 38 yaşlı hücumçu ilk dəfə dünya çempionatının seçmə mərhələsində bombardir olub.
Messi DÇ-2026-nın Cənubi Amerika zonasında keçirilən seçmə oyunlarında 12 matçda iştirak edib, 8 dəfə fərqlənib və 3 qol ötürməsi ilə yadda qalıb. Bu göstərici ilə o, qrup mərhələsinin ən məhsuldar futbolçusu olub.
İkinci pillədə Kolumbiya yığmasının 28 yaşlı hücumçusu Luis Diaz qərarlaşıb. O, 17 qarşılaşmada 7 qol vurub və 3 assist edib. Boliviyadan Migel Terseros isə 12 matçda 7 qol vurmasına baxmayaraq, məhsuldar ötürmə etməyib və bu səbəbdən 3-cü yerdə qərarlaşıb.
Qeyd: Lionel Messi Argentina yığmasında 2004-cü ildən çıxış edir.
© Copyright 2026, All Rights Reserved