Messi "Barsa" formasını ayaqladı - Sosial media çalxalanır
Lionel Messi "İnter Mayami" və "Filadelfiya Yunion" arasında keçirilən MLS matçında gözlənilməz bir hadisə ilə gündəmə gəldi.
90plus.az xəbər verir ki, matç zamanı bir azarkeş tərəfindən meydana atılan "Barselona" formasına təsadüfən basan Messi bu hərəkəti ilə sosial mediada böyük səs-küyə səbəb oldu.
Hadisə zamanı 37 yaşlı ulduz futbolçu, yerdəki formanın "Barselona" klubuna aid olduğunu fərq etməmiş ola bilər. Lakin bu anın görüntüləri sosial mediada sürətlə yayıldı və müxtəlif reaksiyalar doğurdu.
Messinin "Barselona" ilə uzun müddətli və uğurlu karyerası nəzərə alındıqda, bu cür hadisələr azarkeşlər tərəfindən xüsusi diqqətlə izlənilir. Sosial mediada bəzi istifadəçilər bu hərəkəti təsadüfi hesab etsə də, digərləri bunu hörmətsizlik kimi dəyərləndirdi.
Qeyd: Messi 2021-ci ildə "Barselona"dan ayrılaraq "Pari Sen-Jermen" klubuna transfer olmuş və hazırda karyerasını ABŞ-ın MLS liqasında "İnter Mayami" komandasında davam etdirir.
© Copyright 2026, All Rights Reserved