Messi Barselonaya qayıtdı - SƏBƏB
Lionel Messi Hindistana yollanarkən Barselonada qısa dayanacaq etdi.
90plus.az xəbər verir ki, “İnter Mayami” və Argentina millisinin ulduz hücumçusu Lionel Messi 13 dekabrda başlayacaq “GOAT India Tour” öncəsi Hindistana gedərkən Barselonada qısa texniki dayanacaq edib.
Sosial şəbəkələrdə Messinin “Barselonaya səfər etdiyi” iddia edilsə də, əslində futbolçu təyyarədən enməyib və dayanacaq yalnız yanacaq doldurmaq üçün edilib.
Ulduz futbolçu bir müddət əvvəl Mayamidə keçirilən U-16 “Messi Cup” turnirində iştirak etmişdi.
İndi isə bütün diqqət Hindistandadır. Messi turne çərçivəsində müxtəlif tədbirlərdə, ictimai görüşlərdə və nümayiş oyunlarında iştirak edəcək.
13–15 dekabr tarixlərində Messi aşağıdakı şəhərləri ziyarət edəcək:
Kolkata
Əhmədabad
Mumbay
Yeni Dehli
Hindistan ulduz futbolçu üçün xüsusi silsiləli tədbirlərdən ibarət möhtəşəm qarşılama hazırlayır.
© Copyright 2026, All Rights Reserved