Messi Kamp Nouya qayıtdı
Lionel Messi “Kamp Nou”ya qayıtdı: “Ruhumun dərinliklərində darıxdığım yerə getdim”.
90plus.az xəbər verir ki, “Barselona”nın əfsanəsi Lionel Messi uzun fasilədən sonra yeni təmirdğn çıxmış “Kamp Nou” stadionunu ziyarət edib.
Argentina ulduzu sosial şəbəkə hesabında paylaşım edərək bu səfərin onun üçün çox duyğusal olduğunu bildirib:
“Dünən gecə ruhumun dərinliklərində darıxdığım bir yerə qayıtdım. Bir zamanlar sonsuz xoşbəxtlik yaşadığım, sizin məni dünyanın ən xoşbəxt insanı kimi hiss etdirdiyiniz bir yer. Ümid edirəm ki, bir gün geri dönə bilərəm — yalnız futbolçu kimi vidalaşmaq üçün deyil, çünki bunu heç vaxt edə bilmədim…”
Messinin bu paylaşımı “Barselona” azarkeşləri arasında böyük rezonans doğurub. Onlar sosial mediada argentinalı ulduzun yenidən klubla vidalaşma oyununda çıxış etməsini arzuladıqlarını bildiriblər.
© Copyright 2026, All Rights Reserved