Messi Puşkaşın rekorduna çatdı
Messi Puşkaşın rekordunu təkrarladı – 3 assistlik performans tarixə düşdü.
90plus.az xəbər verir ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi MLS Kubokunun 1/4 finalında “Sinsinnati” üzərində qazanılan 4:0 hesablı qələbədə 3 qol ötürməsi edərək daha bir tarixi göstəriciyə imza atıb.
38 yaşlı argentinalı bu nəticə ilə Ferens Puşkaşın məhsuldar ötürmə rekordunu təkrarlayıb. Messi karyerası ərzində “Barselona”, “PSJ”, “İnter Mayami” və Argentina millisində ümumilikdə 1135 oyunda 404 qol ötürməsi edib.
Hazırda futbol tarixində Messidən və Puşkaşdan çox assist edən digər oyunçu yoxdur.
ℹ️ Mənbə: Opta
© Copyright 2026, All Rights Reserved