Messi və Suaresin klubundan uğur sorağı var
Messi və Suaresin Uruqvayda təsis etdiyi yeni futbol klubundan uğur sorağı da gəlib.
90plus.az xəbər verir ki, Lionel Messi və yaxın dostu Luis Suares Uruqvayda “Deportivo LSM” adlı yeni peşəkar futbol klubunu təsis ediblər.
Qısa müddətdə uğur qazanan klub bu həftə División D liqasının çempionu olaraq Uruqvay futbolunun üçüncü liqasına vəsiqə əldə edib.
“Deportivo LSM” artıq Uruqvayın ən yüksək liqasına doğru yoluna başlayıb və ölkədə futbol ictimaiyyətinin diqqət mərkəzinə düşüb.
Messi və Suaresin bu layihəsi Uruqvay futbolunda yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved