Messidən 46-cı kubok
MLS-də (ABŞ Futbol Liqası) normal mövsümün başa çatmasına az qalmış "Inter Mayami" birinci yeri təmin edib.
90plus.az xəbər verir ki, bu mövsüm liqadakı 32-ci oyununda səfərdə "Kolumbus Kru" ilə qarşılaşan "Inter Mayami", rəqibini 3-2 məğlub edərək xalını 68-ə çatdırıb. "Inter Mayami"-nin qollarını Lionel Messi (2) və Luis Suarez vurub.
Bu nəticə ilə ümumi sıralamada ən yaxın rəqibi "Los-Anceles Qalaksi" ilə xal fərqini 7-yə yüksəldən "Inter Mayami"-nin birinciliyi dəqiqləşib.
KLUB TARİXİNDƏ İLK
MLS-in 2024 mövsümündə ən yaxşı nəticə əldə edən kluba verilən "Supporters' Shield" bu il "Inter Mayami"-nin oldu.
"Inter Mayami", liqada qalan iki oyununu da qazanacağı təqdirdə "Nyu-İngland Revoluşn"-a məxsus 73 xallıq normal mövsüm rekordunu qıracaq. Bundan başqa, "Inter Mayami" play-off mərhələsində ev sahibi üstünlüyü əldə edib.
2020-ci ildə MLS-ə qatılan "Inter Mayami", klub tarixində ilk dəfə bu kuboku qazanıb.
MESSİNİN 46-CI KUBOKU
Komandanın ulduz oyunçusu Lionel Messi isə karyerasında 46-cı kubokunu qazanıb.
Bu mövsüm "Inter Mayami" forması ilə argentinalı ulduz 16 oyunda 15 qol və 10 asist qeyd edib.
© Copyright 2026, All Rights Reserved