"Meydanda rəqibin nəfəsini kəsdik" - "Omonia"nın baş məşqçisi
"Omonia"nın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasındakı "Zirə" ilə matçdan sonra "iynəli" sözləri ilə yadda qalıb.
90plus.az həmin müsahibəni təqdim edir:
"Bir həftədən sonra Bakıya onları yenidən məğlub etməyə gedəcəyik. Bütün bunlar futbolçuların xidmətidir. Onların əla oyun mentaliteti var və davranışları gözə çarpır. Böyük hesabla bağlı sizə cavab verə bilmərəm, amma çox yaxşı əhval-ruhiyyəmiz var. Təbii ki, hər oyunda qalib gələ bilmərik. Bu gecə rəqibə nəfəs almağa imkan vermədik”.
Qeyd: "Zirə" və "Omonia" arasında cavab matçı avqustun 29-da Mərdəkandakı “Liv Bona Dea Arena”da keçiriləcək.
© Copyright 2026, All Rights Reserved