"Milan" baş məşqçisini göndərir
"Milan"ın baş məşqçisi Serxio Konseysao mövsümün sonunda postunu tərk edəcək.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin İtaliya klubunda qalmaq ehtimalı son dərəcə azdır. Konseysaonun yaxın ətrafı ona artıq yeni komanda tapmağı tövsiyə edib.
"Milan"ın yeni baş məşqçisi isə tezliklə kluba qoşulacaq yeni idman direktoru tərəfindən seçiləcək.
Xatırlatma: Hazırda "Milan" İtaliya A Seriyasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
📰: Matteo Moretto
© Copyright 2026, All Rights Reserved