Milan derbisindən sonra 19 nəfər tutuldu
İtaliyada futbol skandalı yaşanır.
90plus.az İtalyan ANSA agentliyinə istinadən xəbər verir ki, Milan Prokurorluğunun apardığı istintaq çərçivəsində bu səhər İtaliya polisi "İnter" və "Milan" komandalarının azarkeş qruplarının əsas üzvlərinə qarşı əməliyyat keçirmişdir.
Təxminən 40 nəfərin araşdırıldığı bu istintaq çərçivəsində keçirilən əməliyyatlar zamanı 19 nəfərin həbs olunduğu və bəzi yerlərdə axtarışlar aparıldığı bildirilib.
Bu əməliyyatla sözügedən azarkeş qruplarının mafiya kimi qanunsuz qruplarla əlaqələrinin, cinayət şəriklərinin olub-olmadığı, zorla pul alma və döymə kimi şübhəli qanunsuz fəaliyyətlərinin araşdırıldığı qeyd edilib.
Prokurorlar klub rəhbərliyinin istintaq altında olmadığını, lakin klubların xüsusilə azarkeş qruplarına bilet satışı məsələsini aydınlaşdırmalarının vacib ola biləcəyini bildiriblər.
Xəbərdə "İnter" klubunun azarkeş qruplarına bilet satışı kimi bəzi iqtisadi fəaliyyətlərdə qanunsuz imtiyazlar vermiş ola biləcəyi və biletlərin təkrar satışına imkan yaratmış ola biləcəyinin istintaq sənədində yer aldığı qeyd olunub.
Azarkeşlərin bilet satışından əldə edilən vəsaiti əlaqəli olduqları mafiya təşkilatlarına ötürdükləri ittihamının da istintaqda yer aldığı bildirilib.
İstintaqın 2019 və 2020-ci illərə yönəldiyi, bununla yanaşı istintaq sənədində yer alan bəzi telefon danışıqlarında İnter azarkeş qrupunun liderlərindən biri olan Marko Ferdikonun ötən il İnterin baş məşqçisi Simone Inzaqini axtararaq İstanbulda keçiriləcək UEFA Çempionlar Liqası finalı üçün 200 bilet tələb etdiyi və bunun üçün klubun hazırkı prezidenti Cüzeppe Marottanın müdaxiləsini istədiyi qeyd edilib.
İstintaqda "İnter" klubunun "Curva Nord" olaraq tanınan azarkeş qrupuna "boyun əymək məcburiyyətində qaldığı" və "bəzi yaxşılıqlar etməyə məcbur olduğu" da vurğulanıb.
Bu arada, ANSA-ya danışan "Milan' klubunun mənbələri, təhlükəsizlik qüvvələrinə azarkeşləri ilə bağlı istintaqda əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Digər tərəfdən, UEFA Çempionlar Liqasında sabah axşam "Srvena Zvezda" komandasını öz meydanında qəbul edəcək "İnter"in baş məşqçisi Inzaqi, oyun öncəsi keçirdiyi mətbuat konfransında bu gün mediada yer alan istintaqla bağlı suallara, "Klub bizə davam edən istintaq olduğunu, bu səbəbdən baş verənlərlə bağlı nəsə deməməli olduğumuzu bildirdi" cavabını verib.